Baxış sayı: 97
Açar sözlər:
ƏR-RƏHMAN Ya Rəhman! Sən elə rəhmət edərsənki, rəhmətinin bir parçası mənə cənnət olar, rəhmətindən bir parıltı sonsuz xoşbəxtliyim olar. Rəhmətinin bir damlası başqa hər kəsin ruzisini yetirməyə kifayətdir. Bu çarəsiz qəlbimə mərhəmətini endir və bu fani ömrümü sonsuzluğa çatdır. |
Baxış sayı: 71
Açar sözlər: ya rəhman
ALLAH Sənsən Allah, Sənədir qulluğum, Səndədir çarəm, Səninlədir varlığım, Səni axtarar ruhum, Səni anar qəlbim, başqasına deyil, sənə möhtacam. Başqasını deyil, Səni çağıraram. Başqası yaradılmışdır, Sən Yaradansan. Başqaları davamsızdır, Sən daimsən və daim edənsən. Başqaları möhtacdır, Sən ehtiyacsızsan, ehtiyacları görənsən. Başqa İlah yoxdur, Sən Allahsan. Sən tayı-bərabəri və bənzəri olmayansan. Sənki bütün əksiksiz sifətlərin sahibisən, cəmalına çevir üzümü, başqasına rəğbət etdirmə qəlbimi. |
Baxış sayı: 56
Açar sözlər:
Yazılar cəmi: 3
Blog Haqqında

Qurana və səhih sünnəyə qayıtmaq, Quran və sünnəni bu ümmətin sələfinin(səhabə, tabiin v ətbau`t-tabiin) anladıqları şəkildə anlamaq və həyatın hər sahəsində Quran və sünnəni hakim tutmaqdır. Uca ALLAH(s.t) buyurur:
"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa , onu istədiyi(özünün yönəldiyi) yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir."(ən-Nisa surəsi, 4/115)
Müsəlmanları haqq din ilə tərbiyə etmək və onlara İslam dininin gətirdiyi hökmləri öz həyatlarına tətbiq etməkdə yardımçı olmaq. İnsanları ALLAH(s.t)`ın rizasına çatmaq xüsusunda kəfil olan İslamın ədəb və fəziləti ilə bəzənməyə çağırmaqdır ki, ancaq bu xüsusiyyət ilə zirvəyə çatmaq olar.
İmam Malikin də(rəh.a) dediyi şəkildə , insanları Sələf-i Salihinin yoluna döndərmək:
"Bu ümmətin əvvəli, sələfi nə ilə islah olduysa , sonra gələnləri də elə islah olar. O gün dində olmayan şeylər, bu gün də dindən deyildir."
İnsanlara ALLAH(s.t)` ın dinini olduğu şəkildə çatdırıb, dünyada qazandıqları əcrlə axirətdə sırat körpüsündən keçmələrinə yol gösərmək ümidi ilə ALLAH(s.t)`ın rizasına nail olmaq.
Bu bizim Qayəmizdir. bütün müsəlmanları, heç bir fərq qoymadan bunları həyata keçirməyə və bu işdə bizə yardım etməyə çağırırıq. Çünki baqi olan İslamın yenidən yayılması üçün səmimi qardaşlıq duyğuları ilə, saf bir məhəbbətlə və ən əhəmyyətlisi ALLAH(s.t)`ın yardımı ilə bu qayəni həyata keçirmək üzərimizdə böyük bir əmanətdir. Saf konüllər ALLAH(s.t)`ın vədi, zəfəri və nizamının gerçəkləşməsinin təminatıdır.
"...Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız ALLAH`a, Onun Peyğəmbərinə və möminlərə məxusdur..."(əl-Münafiqun surəsi, 63/8)
Axtarış