İbn Teymiyyə (Allah ona rəhmət etsin!) buyurur:
Mən müəyyən adamın təkfir (kafir deyilməsinin), təfsiq (fasiq deyilməsinin) və ya asi (günahkar deyilməsinin) edilməsinin qadağan olması fikrini dəstəkləyənlərdən biriyəm. Bunu yalnız bir halda deməyə razıyam. O vaxt ki, həmin adama açıq-aşkar hüccət qalxsın və burada heç bir şübhə qalmasın. O hüccət ki, onun qalxması bəzən adamı kafir, fasiq və asi edir (Məcmuul Fətava, cild 3, səh 229).
Ona görə də mən Allahın ərşi üzərində olmasını ikar edən Həluliyyəli Cəhmiyyə firqəsinə söz-söhbət düşərkən belə deyirdim: "Əgər mən sizin fikrinizlə razılaşsam onda mən kafir olaram. Çünki mən sizin sözünüzün küfr olmasını bilirəm. Amma mən sizə kafir kimi baxmıram çünki mənə görə siz cahilsiniz. Bu xitabım onların alimlərinə, qazilərinə, şeyxlərinə və rəhbərlərinə idi" (Ər-Rədd Aləl Bəkri: səh 96).
Burada belə bir sual ortaya çıxır:
Əgər İbn Teymiyyə (Allah ona rəhmət etsin!) cəhmilərin alimlərini təkfir etmirsə və onları cahilliklə üzürlü hesab edib onlara kafir demirsə bəs başqa bugünki cahillərə necə?!
CAHİLLİK ÜZR SAYILIRMI?
Baxış sayı: 83
Açar sözlər: cahillik
![]()
![]()
![]()




