
Bir gənc Rəsulullahın (s) yanına gəlir və ona belə deyir: “Ey Allahın Rəsulu! İzn ver zina (zina qeyri-qanuni cinsi yaxınlıqdır - red.) edim!” Səhabələr isə: “Sus, sən nə danışırsan!”, - deyə məzəmmət edirlər. Rəsulullah (s.ə.v.) isə ona sevgi ilə yaxınlaşaraq “Yanıma yaxınlaş!”, - deyə onu çağırır. Gənc də Rəsulullahın (s.ə.v.) yanında oturur. Peyğəmbərimiz onunla danışmağa başlayır:“Belə deyək. Bir adamın sənin ananla zina etməyinə razı olarsan?” Gənc: “Xeyr, razı ola bilmərəm”, - deyir. Rəsulullah (s.ə.v.): “Heç bir insan buna razı olmaz. Bəs hər hansı bir adamın sənin qızınla zina etməyinə razı olarsan?” Gənc: “Xeyr, ey Rəsulullah heç vaxt razı olmaram!”, - deyir. Rəsulullah (s.ə.v.):



