Reklam verin!

Balaca Əlinin böyük qərarı

Muhəmmədul-Əminin evində yaşanan təlaş və tez-tez Varaqa ibn Nəvfəlin yanına gediş-gəlişlər, Hiradan qayıdandan sonrakı hadisə və Hz.Xədicənin çırpıntıları yeni şeylərin olduğunu göstərirdi. Bu dəyişikliklər balaca Əlinin də diqqətindən yayınmamışdı. Heyrətlə onların namaz qılmasına tamaşa edirdi. Həmin vaxtlar Əlinin on yaşı var idi. Əvvəlcə:
- Nə edirsiniz, sizin bu etdiyiniz nədir?- deyə soruşdu.
Allah Rəsulu belə cavab verdi:
- Aləmlərin Rəbbi olan üçün namaz qılıram.
Hz.Əli bunu ilk dəfə eşidirdi və bütün diqqətini cəmləyərək yenə soruşdu:
- Aləmlərin Rəbbi kimdir?
Allah Rəsulu (sallallahu aləyhi və səlləm) şəfqətli bir ata kimi onu dizinin üstündə otuzdurdu və


Hirada başına gələnləri, peyğəmbərlik vəzifəsinin verildiyini bir-bir danışmağa başladı. Sonra da aramla bunları dedi:
- O, bir və tək olan Allahdır. Onun şəriki olmaz. Bütün məxluqatı O yaratmışdır, ruzisini də O verir. Hər şey Onun əlindədir. Öldürən də, yaşadan da Odur. O, hər şeyə qadirdir.
Bunlar mərhəmətli bir atanın ürək yandıran nəsihətləri kimi idi və doğrudan da balaca Əlinin birbaşa ruhuna xitab edirdi.
Həzrəti Əlinin Ona o qədər etimadı var idi ki, Onun üçün tərəddüd etmədən ölümə də gedərdi. Ancaq bu qədər vacib bir məsələdə atası ilə məsləhətləşmədən qərar vermək istəmirdi. Çünki hər nə qədər də olsa, atanın yeri başqa idi. Ancaq Rəsulullahın (sallallahu aləyhi və səlləm) ondan bir istəyi var idi, ondan öz aralarında danışdıqları bu məsələləri heç kimə söyləməməsini istədi.
Həmin axşam Əli bu haqda uzun-uzadı fikirləşdi. Allaha iman gətirmək kimi çox mühüm bir məsələ ilə bağlı valideynlərin fikrini eşitməyə nə ehtiyac var idi... Artıq qəti qərarını vermişdi! Səhər açılan kimi Allah Rəsulunun yanına gəldi:
- Dünən sən mənə nələri danışmış və nəyə dəvət etmişdin?- deyə soruşdu. Artıq məlum idi ki, balaca Əli yaşından böyük bir yetkinlik nümayiş etdirir və atası ilə məsləhətləşməyə ehtiyac hiss etmədən öncüllərin arasına daxil olurdu. Allah Rəsulu onu yanında otuzdurdu və şəhadət gətirməyə dəvət etdi. Beləliklə, on yaşlı balaca Əli Hz.Xədicədən sonra tövhid kəlməsini söyləyən ilk şəxs oldu və çox böyüklərdən əvvəl İslamı seçərək, içindən gələn bir sevgi və təslimiyyətlə Rəhmli Rəbbinə təslim olaraq iman gətirdi. Artıq balaca Əli Allahın Rəsulu və əmisi oğlu Muhəmmədin yanından heç ayrılmır və gələn ayələri Rəsulullahın ağzından ilk eşidən şəxs olmaq istəyirdi.
mənbə:www.islam.com.az

Baxış sayı: 114
Açar sözlər: əli 
Bookmark and Share


Şərh yazın



  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha

Blog Haqqında


assalaf

Qurana və səhih sünnəyə qayıtmaq, Quran və sünnəni bu ümmətin sələfinin(səhabə, tabiin v ətbau`t-tabiin) anladıqları şəkildə anlamaq və həyatın hər sahəsində Quran və sünnəni hakim tutmaqdır. Uca ALLAH(s.t) buyurur:
"Hər kəs özünə doğru yol aşkar olandan sonra Peyğəmbərdən üz döndərib möminlərdən qeyrisinin yoluna uyarsa , onu istədiyi(özünün yönəldiyi) yola yönəldər və cəhənnəmə varid edərik. Ora necə də pis yerdir."(ən-Nisa surəsi, 4/115)
Müsəlmanları haqq din ilə tərbiyə etmək və onlara İslam dininin gətirdiyi hökmləri öz həyatlarına tətbiq etməkdə yardımçı olmaq. İnsanları ALLAH(s.t)`ın rizasına çatmaq xüsusunda kəfil olan İslamın ədəb və fəziləti ilə bəzənməyə çağırmaqdır ki, ancaq bu xüsusiyyət ilə zirvəyə çatmaq olar.
İmam Malikin də(rəh.a) dediyi şəkildə , insanları Sələf-i Salihinin yoluna döndərmək:
"Bu ümmətin əvvəli, sələfi nə ilə islah olduysa , sonra gələnləri də elə islah olar. O gün dində olmayan şeylər, bu gün də dindən deyildir."
İnsanlara ALLAH(s.t)` ın dinini olduğu şəkildə çatdırıb, dünyada qazandıqları əcrlə axirətdə sırat körpüsündən keçmələrinə yol gösərmək ümidi ilə ALLAH(s.t)`ın rizasına nail olmaq.
Bu bizim Qayəmizdir. bütün müsəlmanları, heç bir fərq qoymadan bunları həyata keçirməyə və bu işdə bizə yardım etməyə çağırırıq. Çünki baqi olan İslamın yenidən yayılması üçün səmimi qardaşlıq duyğuları ilə, saf bir məhəbbətlə və ən əhəmyyətlisi ALLAH(s.t)`ın yardımı ilə bu qayəni həyata keçirmək üzərimizdə böyük bir əmanətdir. Saf konüllər ALLAH(s.t)`ın vədi, zəfəri və nizamının gerçəkləşməsinin təminatıdır.
"...Halbuki şərəf-şan da, (qüvvət və qələbə də) yalnız ALLAH`a, Onun Peyğəmbərinə və möminlərə məxusdur..."(əl-Münafiqun surəsi, 63/8)

Axtarış

Sorğu

Saytımızın yeni dizaynını bəyəndinizmi?




Açar sözlər

zina  terrora  ölüm  xəvaric  islam  hicab  cənnətdə  yay  məğrib  qadin  ebu  şəxs  imamı  muxteser  ömər  bostan  təvazökarliq  öpər  imanlısı  mələyi  azərbaycanda  resulallahinheyati  telefon  qəzəb  peyğəmbər  namaz  fil  terror  əli  məscidinin  paxilliq  gencler  fakir  maidə44  şeytan  kamil  hərəkatı  yukleme  da  demir  allah  rəhman  hadisəsi    iffət  qamət  xesislik  kor,kar,lal  kör  cahillik  möminlərin  tovbe  sələfi  məruz  gunes  sadiq  ya  aişə  gözlərindən  təkfir  səbr  süleymanın  ibnteymiyye  yozma  ve  dua  ən  dul  bakr  öldürülən  qerb  qalan  kocarov  sehabeler  cehalet  alimlər  kimin  gözəl  təmkin  «əbubəkr»  tekfir  yuxu 

Sayqaç

İndi blogda: 7
Keçən ayın hiti: 4861
Dünənki hit: 85
Bugünki hit: 48
Ümumi hit: 24879

AddThis Feed Button
Add to Technorati Favorites